[24.02.2009]
Fevralın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Komissiya əvvəlcə “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” referendum üzrə təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvlərini, səlahiyyətli nümayəndələrini və vəkil edilmiş şəxslərini təsdiqləmişdir.
Sonra 2009-cu il martın 18-nə təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılmışdır. Mərkəzi Seçki Komissiyassının üzvü Ramiz İbrahimov “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının “Xalq qəzeti”nin 20 fevral 2009-cu il tarixli buraxlılışında referendumqabağı təşviqat qaydalarının pozulduğu barədə müraciətini və bununla əlaqədar onun Seçki Məcəlləsinin tələbinə uyğun olaraq tədbirlər görülməsini və qanun pozuntusunun aradan qaldırılmasını xahiş etdiyini diqqətə çatdırmışdır. Müraciət MSK nəzdində ekspert qrupu tərəfindən araşdırılaraq rəy verilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, sözügedən təşviqat qrupu tərəfindən dövri nəşrlər vasitəsilə referendumqabağı təşviqatın pulsuz əsaslarla aparılması üçün püşkatma nəticəsində “Xalq qəzeti”ndə bu məqsədlə ayrılmış yerdə dərc edilməsi üçün qəzetin redaksiyasına təqdim edilmiş materialın başlığı olduğu kimi getməmişdir.
Araşdırma ilə sözügedən təşviqat qrupunun səlahiyyətli nümayəndəsinin müraciətində göstərilən fakt öz təsdiqini tapmışdır. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, qəzetin redaksiyası yol verdiyi qüsuru qanunla müəyyən edilmiş qaydada aradan qaldırsın.
MSK 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyalsının tərkibində dəyişklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Beynəlxalq Respublikaçılar İnstitutunun, Milii Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[16.02.2009]
Fevralın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 5 fevral və 6 fevral 2009-cu il tarixli iclas protokolları təsdiq olunmuşdur.
Sonra MSK katibi Natiq Məmmədov 2009-cu il martın 18-nə təyin olunmuş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsünün həyata keçirilməsi məqsədilə Püşkatma komissiyasının yaradılmasına dair məsələ barədə məlumat vermişdir. Komissiya püşkatma komissiyasının yaradılması barədə qərar çıxarmışdır. Eyni zamanda qərara alınmışdır ki, püşkatma 18 fevral 2009-cu ildə saat 12.00-da keçirilsin.
Mərkəzi Seçki Komissiyası “Hüquq və demokratiya”, “Şəhər”, “Tərəqqi”, “Vətəndaş cəmiyyəti” və “Davamlı İnkişaf Naminə” referendum üzrə təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu üzvlərini, səlahiyyətli nümayəndələrini və vəkil edilmiş şəxslərini təsdiqləmişdir.
MSK 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 83 saylı Ağcabədi – Ağdam, 113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişkliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Beynəlxalq Respublikaçılar İnstitutunun, Milii Demokratiya İnstitunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[11.02.2009]
Fevralın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşəbbüs qrupunun təşviqat qrupu kimi qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşəbbüs qrupunun eyni adlı təşviqat qrupu kimi qeydə alınması üçün əsaslar müəyyən edilmişdir. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. Mərkəzi Seçki Komissiyası “Respublikaçılar” təşəbbüs qrupunun da təşviqat qrupu kimi qeydə alınması haqda qərar çıxarmışdır.
Referendum üzrə “Azərbaycan Xalq Cumhuriyyəti- AXC” və “Milli İstiqlal” təşəbbüs qruplarının təşviqat qrupu kimi qeydə alınmasına dair məsələyə baxılmış və həmin təşəbbüs qruplarının qeydə alınmasından imtina edilmişdir. İmtinaya əsas kimi təqdim olunan imza vərəqələrindəki etibarlı imzaların sayının qanunda nəzərdə tutulduğundan az olması göstərilmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Beynəlxalq Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[09.02.2009]
Fevral 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 22 yanvar, 24 yanvar, 27 yanvar və 29 yanvar 2009-cu il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra MSK katibi Natiq Məmmədov referendum üzrə “Davamlı inkişaf naminə” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılıb və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilib. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. Bundan əlavə, “Zəka” təşəbbüs qrupunun da təşviqat qrupu kimi qeydə alınması barədə qərar çıxarılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ , Böyük Britaniya və Fransa səfirliklərinin, Milli Demokratiya İntitutunun, Beynəlxalq Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[06.02.2009]
Fevralın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın katibi Natiq Məmmədov Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ barədə məlumat vermişdir. Cari ilin seçici siyahılarının dəqiqləşdirilməsi işi başa çatmış hesab edilmiş və siyahıların məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi qərara alınmışdır. Eyni zamanda, MSK qərara almışdır ki, seçicilər siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin.
Sonra Mərkəzi Seçki Komissiyası səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edərək qərara almışdır ki, 2009-cu il martın 18-nə təyin edilmiş referendumla əlaqədar cari ilin martın 6-na olan məlumata görə, respublika üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq olmaqla, cəmi 4.949.018 ədəd səsvermə bülleteni Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlansın.
MSK 121 saylı Laçın seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[05.02.2009]
Fevralın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilmişdir. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. “Azad söz” təşəbbüs qrupunun isə təşviqat qrupu kimi qeydə alınmasından imtina olunmuşdur. Beləliklə, Mərkəzi Seçki Komissiyasında təşviqat qrupu kimi qeydə alınmış təşəbbüs qruplarının sayı 5-ə çatmışdır. Ümumilikdə, Mərkəzi Seçki Komissiyasına referendum üzrə 14 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüşlər. Həmin qruplardan 13-ü imza vərəqələrini qanunla müəyyən olunmuş müddətdə MSK-ya təqdim etmişdir. Təşəbbüs qruplarından biri- “Demokratik Azərbaycan Dünyası” təşəbbüs qrupu referendumda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunu dəstəkləyəcəyini bildirmiş və imza vərəqələrini Komissiyaya qaytarmamışdır. Dairə seçki komissiyalarına isə referendum üzrə 125 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüş və onlardan 124-ü qeydə alınmış, 1-nin qeydiyyatından imtina edilmişdir.
Sonra MSK-ya daxil olmuş müraciətə baxılmış və bu müraciət əsassız olduğundan təmin edilməmişdir.
Mərkəzi Seçki Komissiyası 1 saylı Şərur – Sədərək və və 121 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti
[03.02.2009]
Fevralın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə “Hüquq və demokratiya” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılmış və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilmişdir. Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir. Bununla da Mərkəzi Seçki Komissiyasında təşviqat qrupu kimi qeydə alınmış təşəbbüs qruplarının sayı 4-ə çatmışdır. Ümumilikdə, Mərkəzi Seçki Komissiyasına referendum üzrə 14 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüşlər. Həmin qruplardan 13-ü imza vərəqələrini qanunla müəyyən olunmuş müddətdə MSK-ya təqdim etmişdir. Təşəbbüs qruplarından biri- “Demokratik Azərbaycan Dünyası” təşəbbüs qrupu referendumda “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunu dəstəkləyəcəyini bildirmiş və imza vərəqələrini Komissiyaya qaytarmamışdır. Dairə seçki komissiyalarına isə referendum üzrə 125 təşəbbüs qrupu müraciət edərək imza vərəqələri götürmüş və həmin qrupların hamısı fevralın 1-dək imza vərəqələrini və təşviqat qrupu kimi qeydə alınmaq üçün lazım olan digər sənədləri təqdim etmişlər. Bu günə kimi 120 təşəbbüs qrupu DSK-lar tərəfindən referendum üzrə təşviqat qrupu qeydə alınmışdır.
Mərkəzi Seçki Komissiyası 18 saylı Nərimanov – Nizami, 83 saylı Ağcabədi – Ağdam, 93 saylı Bərdə şəhər və 124 saylı Laçın seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin, Böyük Britaniya səfirliyinin, ABŞ Milli Demokratiya İnstitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti